Dünya

Türkiyə prezidenti və Almaniya rəsmisi arasında videogörüş keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Alman baş vəziri Angela Merkel arasında videogörüş keçirilib. Bu barədə Türkiyə Prezidenti dəftərinin İctimaiyyətlə irtibatat idarəsi məlumat yayıb. Görüş zamanı ikitərəfli münasibətlər, bölgəsəl proseslər, eləcə də Şərqi Aralıq dənizindəki durum müzakirə olunub. Türkiyə dövlət başçısı vurğulayıb ki, Şərqi Aralıq dənizində işlər, habelə bərabər yanaşma olduğu müddətdə mübahisələr danışıqlar və uzlaşma yolu ilə həll edilə bilər. Prezident Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı Avropa ölkələrinin ədalətli mövqe sərgiləməsinin vacibliyini ifadə edib. O, bildirib ki, Türkiyə haqq və mənafeləri uğrunda axıra qədər qərarlı şəkildə fəal siyasət yürüdəcək.

Related Articles

Bir cavab yazın

Back to top button