Dünya

Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının görüşü başa çatıb

Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bu gün ilk dəfə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Dmitro Kuleba arasında görüş keçirilib.

XİN başçılarının danışıqları Türkiyənin Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində baş tutub.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ev sahibi kimi görüşdə iştirak edib.

Məlumata görə, tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcəklər. Rəsmi Kiyev və Moskva arasında görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil edilib.

Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb.

Müzakirələr bir saat davam edib.

Bir qədər sonra Sergey Lavrov və Dmitro Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.

“Biz Ukraynanın militariziyasını istəmirik. İstər NATO ilə, istərsə də NATO-suz”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

“Biz Ukraynada neonasist ənənənin formalaşmasını istəmirik. Biz Ukraynanın neytral qalmasını istəyirik”, – nazir bildirib.

Lavrov prezidentlərin mümkün görüşü ilə bağlı da məlumat verib.
“Kuleba ilə Putin və Zelenskinin mümkün görüşünü müzakirə etdik.

“Lakin prezidentlər arasında danışıqlar sadəcə danışıqlar xətrinə olmalı deyil”- XİN başçısı bildirib.

“Yenə belə bir formatda görüşməyə razıyıq. Həll yolunu axtarmaq istəyiriksə, bunu məqsədəuyğun hesab edirəm”.

Bunu isə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Antalyada Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Ruslar müzakirələrə hazır olsa, mən də buna hazıram. Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır. Bu müharibəni dayandırmalıyıq”, – o qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button