AzərbaycanBölgəİran

Türkiyə televiziyasında Güney Azərbaycanla bağlı çıxış iranlıları qəzəbləndirib

Türkiyənin "Ülke" televiziya kanalında tanınmış politoloqun güney Azərbaycanla bağlı fikirləri iranlıları qəzəbləndirib. Bu məsələ iranlıların sosial mediasında geniş müzakirələrə səbəb olub.

Son günlər İraqda baş verən hadisələrə və İranın bu ölkənin iç işlərinə qarşımasına həsr olunan verilişdə tanınmış türkiyəli politoloq Həsən Öztürk İrana qarşı sərt ifadələr işlədib.

“Axmaq iranlılar sıranın özlərinə çatmayacağınımı sanırlar? Gəlir, hər dəfə sıra özlərinə də gəlir. İranı parçalasaq beş yerə bölünür.

Onların Güney Azərbaycan deyə bir gerçəkləri var, 50 milyona yaxın Azərbaycan türk var orada, sadəcə bunu söyləyirəm ki, Pakistan sınırına getsinlər görək orada kimlərlə qarşılaşacaqlar”-deyə, Həsən Öztürk İranı ağıllı olmağa çağırıb.

Qeyd edək i, son vaxtlar Türkiyə mediasında İranda yaşayan türklər və Güney Azərbaycanla bağlı müxtəlif çıxışların olması Tehran rəsmiləri və miliyyətçi fars təşkilatlarının etirazları ilə qarşılanır.

Related Articles

Bir cavab yazın

Back to top button