Azərbaycan

Abbas Lasani: “Azərbaycan xalqı, şübhəsiz ki, xoşbəxtliyi və azadlığı dadacaqdır”

Siyasi məhbus Abbas Lisani bundan bir müddət öncə tibbi məzuniyyətdə olduğu vaxt öyrəncilərlə görüşündə milli hərəkatın durumu və mövcud problemləri barədə çıxışlar edib.

Abbas Lisani yenidən Ərdəbil zindanına qaytarıldıqdan sonra milli fəallar və öyrəncilər Lisaninin çıxışlarını hissə-hisssə yayırlar.

Abbas Lisaninin öyrəncilərlə görüşündə etdiyi çıxışında uzun illər azərbaycanlıların milli şüurunun yüksəldilməsində məsuliyyətli və inanclı milli fəalların hərəkatın uğurlarının əsas sütunları olduqlarını deyir.

“Sizin ağalarınız və sahibləriniz Azərbaycan milli hərəkatı qarşısında nə edə biliblər ki, siz də nə edəsiniz?”-deyə, Lisani təhlükəsizlik qurumlarına və radikal fars miliyyətçiliyinə bağlı şəxslərə xitabən deyib.

O, təhlükəsizlik məmurlarının uzun illər müxtəlif üsullarla milli hərəkat fəallarını mədəni və dinc mübarizə yolundan yayındırmağa çaldıqlarını, ancaq hərəkatı idarə edən milli şüurlu gənc nəslin biliyi,​ ağsaqqalların müdrikliyi nəticəsində onların oxlarının daşa dəydiyini söyləyir.

“Azərbaycan xalqının əqidə və inanclarına, milli dəyərlərinə hörmətlə yanaşma prinsipi əsasında aparılan mübarizə nəticəsində şübhəsiz ki, xalqımız xoşbəxtlik və azadlığa qovuşacaqdır”-deyə, Abbas Lisani qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button