Dünya

Türkiyə və Gürcüstanın xarici işlər nazirləri görüşüb

Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.

Qeyd olunub ki, tərəflər regiondakı vəziyyətə xüsusi diqqət yetiriblər. “Nazirlər bir daha regionun davamlı və sabit inkişafı üçün sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar.

Bu prosesdə həm Gürcüstanın, həm də Türkiyənin xüsusi rolunu qeyd ediblər”, – məlumatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button