AzərbaycanBölgə

Türkiyə zəlzələ zonasından təxliyyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salınıb

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salınıb.

Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya yola salınıb.

15:32

Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyyəsi başa çatır.

Bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, birinci və ikinci avtobuslar Naxçıvan artıq aeroportuna çatıb. “84 vətəndaşımız burda istirahət edirlər və 3-cü avtobusu gözləyirlər. Üçüncü avtobusumuz isə hazırda Sədərk Gömrük Keçid Məntəqəsindən keçir. Həmin avtobusda da 16 vətəndaşımız var. Onların təxminən 1 saat sonra Naxçıvan aeroportunda olacaqları gözlənilir. Onlar prezidentin tapşırığı ilə Naxçıvana gəlmiş xüsusi təyyarə reysi ilə Bakıya uçacaqlar”, – deyə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button