Dünya

Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd edilir

19 may 1919-cu il Türkiyədə Milli istiqlal savaşının başladığı tarixdir.

I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixdə Mustafa Kamal paşa 36-ci Osmanlı padşahı IV Mehmet Vahdəddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir.

Mayın 19-da Samsuna çatan Mustafa Kamal Paşa (Atatürk) burda qurtuluş mücadiləsini başladıb.

Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal Paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub.

1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olnub. Bu gün, hər il rəsmi qaydada “Atatürkü Anma, Gənclik və İdman” bayramı kimi qeyd olunur.

Qeyd edək ki, bu gün həmçinin Türkiyə Cümhuriyyətinin qurucu Mustafa Kamal Atatürkün doğum günüdür.

Atatürk 1881-ci il may ayının 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib.

Related Articles

Bir cavab yazın

Back to top button