Dünya

Türkiyədə COVID-19-dan son sutkada 256 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 256 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları müəyyən edilməyənlərlə birlikdə 17 453 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 19 371, ağır xəstə sayı isə 4702 nəfər olub.

 

F.Qoca bildirib ki, xəstə sayının azalması xəstəxanaların gərgin iş fəaliyyətinin yüngüləşməsinə səbəb olub. Nazir bu müsbət irəliləmənin yaxın günlərdə ölüm sayının azalmasına da təsir edəcəyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button