Dünya

Türkiyədə daha 246 nəfər pandemiyanın qurbanı oldu

Türkiyədə son sutka ərzində daha 246 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, 24 saat ərzində həm də 26 410 yeni yoluxma faktı qeydə alınıb. Bununla da pandemiya qurbanlarının sayı 17 610, virusa yoluxanların sayı isə 1 982 090 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 753 552 pasiyent sağalaraq evə buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button