Dünya

Türkiyədə daha 5 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə əmniyyət qüvvələri Şırnak vilayətinin Qabar dağ bölgəsində 5 PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə ölkənin Daxili İşlər vəziri Süleyman Soylu tviter hesabında yazıb.
Vəzir bildirib ki, terrorçuların silah və sursatları da məhv edilib. “2021-ci ildə qəhrəmanlarımız Qabar dağından ilk xəbəri verdilər. Mağarada 5 terrorçu silah-sursatları ilə birlikdə zərərsizləşdirildi. Allah övladlarımızı qorusun”, – deyə Süleyman Soylu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button