İran

Türkiyədə iranlı narkobaronla əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı narkotik ticarətilə bağlı axtarış əməliyyatı keçirib. İranlı narkobaron Naci Şərifi Zindaşti ilə əlaqədə şübhəli bilinən 13 nəfər saxlanılıb. Operativ əməliyyatda İran kəşfiyyatına aid olan şəbəkə məhv edilib. Əməliyyat çərçivəsində müxalifətçi Həbib Fərəcullah Çəəbin İrana qaçırılmasında Zindaştinin əli olduğu bəlli olub. “Show” telekanalının məlumatına görə, Zindaşti müxalifətçinin keçmiş həyat yoldaşından Çəəbi İstanbula çağırmasını tələb edib. Həyat yoldaşı İsveçdə yaşayan Çəəbi görmək və 100 min avro borc vermək vədi ilə İstanbula çağırıb. Çəəb də öz növbəsində oktyabrın 9-da İstanbulun Beylikdüzü rayonundakı ünvana gedib. Keçmiş həyat yoldaşının içində olduğunu sandığı mikroavtobusa minən Həbib Çəəb orada huşunu itirib və qaçırılıb. Zindaştinin adamları alternativ yollardan Türkiyənin Van şəhərinə çataraq onu İrana apara biliblər. Qeyd edək ki, Naci Şərifi Zindaşti 2007-ci ildə cinayət ittihamı ilə Türkiyədə məhkəmə qarşısına çıxarılıb. FETÖ-çülərlə də əlaqəsi olduğu qeyd olunur. Narkotik alveri, mütəşəkkil cinayət qruplarını qurma, adam qaçırma və öldürmə ittihamları ilə İstanbul Baş prokurorluğu tərəfindən iddianamələr hazırlanıb. Haqqında 4 dəfə ağırlaşdırılmış ömürlük və 24 il həbs cəzası tələb edilən Zindaşti 2018-ci ildə ortadan yox olub. O, daha sonra İranda peyda olub. Türkiyənin axtarışa verdiyi Zindaştinin cinayətkar əməllərini İranda davam etdirdiyi bildirilir. Həbib Çəəb isə İrandakı ərəb azlığının haqlarını müdafiə edən aktivistdir. O, Ərəb Mübarizə Hərəkatının İsveç qanadının başçısı olub.

Related Articles

Bir cavab yazın

Back to top button