Dünya

Türkiyədə koronavirusdan ölənlərin sayı artır

Türkiyədə son sutka ərzində 229 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 29 617 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 16 646, virusa yoluxanlar isə 1 866 345 nəfərə çatıb.
Türkiyədə indiyədək 1 631 944 pasiyent (son sutkada 28 164 nəfər) sağalaraq evə buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button