Dünya

Türkiyədə özəl xəstəxanada partlayış: 8 xəstə ölüb

Türkiyənin Qaziantəp şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində 8 pasiyent ölüb.

Məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, SANKO Universitetinin reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.

Məlumata görə, 20 nəfərlik reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button