Azərbaycan

“Azərbaycanın turizm potensialından istifadə olunmur”- Tanınmış güneyli ekoloq ətraf mühitin məhvinə etiraz edib

Güney Azərbaycanın tanınmış ekoloqu Əhməd Bayburdi növbəti dəfə Azərbaycan bölgələrinin turizm potensialından istifadə etmək əvəzinə çevrənin dağıdılmasına etiraz edib.

O, özünün sosial media hesabında etdiyi paylaşımda məsulları çevrəni daha çox məhv etmək bahasına mədən qazıntıları apardıqlarına görə qınayıb.

“Şeyvər dağı Əhər bölgəsinin turzim yeri və Qaradağın iftixar simvoludur. Bölgənin kimlik simgəsinə çevrilmiş dağın ətəyində qazıntılar aparıb onu məhv etmək yerinə oraya kanat çəkib və turizm cəlb etmək üçün işlər aparın.

Bölgənin əczaçılıqda istifadə olunan nadir bitgi örtüyünü dəyərləndirin”-deyə, Əhməd Bayburdi yazıb.

 

Açıklama yok.

Related Articles

Bir cavab yazın

Back to top button