Dünya

Türkiyədə qaşqay türkləri barədə kitab çap edilib

Türkiyədə İranda yaşayan qaşqay türklərinin tarixi, mədəniyyəti və həyatını əks etdirən "Qqara çadırlar" kitabı nəşr edilib.

Kitabın müəllifi tanınmış qaşqay tədqiqatçı Mənuçöhr Kiyanidir.

456 səhifədən ibarət olan kitab Əhməd Qorxmaz və Fateh Bostancı tərəfindən türkcəyə tərcümə edilib.

Kitabın müqəddiməsində onun İranda yaşayan köçəri qaşqay elləri barədə bu günə kimi işıq üzü görmüş ən dolğun əsər olduğu qeyd edilib.

İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin təxmini 3 milyon nəfərdir.

Qeyd edək ki, İranın Kohgiluyə və Boyirəhməd, İsfahan, Fars, Buşəhr və Xuzistan əyalətlərində yaşayan 3 milyon qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Related Articles

Bir cavab yazın

Back to top button