Türkiyənin İstanbul, Diyarbəkir və Adana bölgələrində terror qruplaşması PKK-ya qarşı fevriyənin 13-ü səhər saatlarında keçirilən antiterror əməliyyatında 51 şübhəli saxlanılıb. Əməliyyatı İstanbul, Diyarbəkir və Adananın yerli polis idarələrinin terrorçuluğa qarşı mübarizə şöbələri keçirib.
Bildirilib ki, eyni zamanda keçirilən əməliyyat nəticəsində Diyarbəkirdə 21, Adanada 30 şübhəli saxlanılıb. Onların qaldıqları mənzillərdə aparılan axtarışda PKK-ya aid materiallar və “əl bombası” tapılıb. Saxlanılanların bu terror qruplaşmanın başçısı Abdullah Öclanın həbs edildiyi gün yürüş keçirməyi planlaşdırdığı bəlli olub.





