İran

Güneydə bir neçə azərbaycanlı fəal tutularaq İranın əmniyət məmurları tərəfindən hədələnib

Təbriz və Urmu şəhərlərində milli fəallar tutuqlanıb, əmniyət məmurları tərəfindən təhdid ediliblər.
Juiyyənin 22-i, axşam saat 22 civarında Təbriz şəhərinin 50 kilometrliyində yerləşən Xoca şəhristanında 5 milli-mədəni fəal tutuqlanıb.

Rəhim Sasaniyan, Yaşar Piri, Sədullah Sasaniyan, Möhsün Abbaspur və Məhəmməd Purəli saxlanıldıqdan sonra “Sepah”ın Təbrizdəki İttilaat İdarəsinin infiradisinə aparılıblar.
Bu gün, juiyyənin 23-ü səhər saat 7-də azad edilən milli fəalların telefonları əmniyət məmurları tərəfindən müsadirə edilib.
Onların yaxınlarının ictimai şəbəkələrdə yaydıqları məlumata görə, hökumət qüvvələri milli fəalları tutuqlayarkən heç bir məhkəmə hökmü təqdim etməyiblər. məmurlardan məhkəmə hökmü tələb edən fəallarla “Sepah”ın İttilaat İdarəsinin məmurları arasında qarşıdurmaya yol açıb.
Azərbaycanlı fəallar azad edildikdən sonra onlara qarşı cinayət işi açılmadığı üçün tutuqlama səbəbləri barədə heç bir açıqlama ala bilmədiklərini deyiblər.
Onlar bunun Güney Azərbaycanda sistematik ayrı-seçkilik siyasətinə qarşı və Ələhvazda baş qaldıran etirazlara dəstək üçün Güney Azərbaycan şəhərlərində etiraz mitinqlərinə çağırışla bağlı olduğunu güman edirlər.

Bununla yanaşı, dünən Batı Azərbaycan əyalətinin Urmu şəhərində Əkbər Quluzadə və Rza Cəfərlu İran əmniyət məmurları tərəfindən tutulub.
Onlar bir neçə saatlıq dindirmədən sonra azad ediliblər.
Juiyyənin 22-i, axşam saatlarında “ETTELAAT”ın yerli məmurları Urmuda yaşayan fəal Əşkan Səadətmehrin iş yerinə hücum ediblər. Azərbaycanlı fəalı iş yerində tapa bilməyən məmurlar onun evinə gediblər.
Əşkan Səadətmehr məmurların axtarış və saxlama ilə bağlı məhkəmə icazələri olmadığı üçün qapını açmayıb.
Son iki gün içində İranın İttilaat vəzirliyinin yerli bölmələrinin bir sıra güneyli milli-mədəni fəallara zəng edib, hər hansı bir mitinqə qatılmamaları üçün hədələyiblər.

Bildirək ki, Ələhvaz əyalətində baş qaldıran “su üsyanı”na dəstək və hökumət məmurlarının dinc əhaliyə qarşı odlu silahdan istifadəsinə etiraz üçün Güney Azərbaycanın müxtəlif şəhərlərində etirazların keçirilməsinə çağırış edilib.

İctimai şəbəkələrdə və geniş şəkildə yayılan bildirişlərdə etiraz mitinqinin aqustun 2-i, şənbə günü saat 18:00-da keçiriləcəyi göstərilib.

Related Articles

Bir cavab yazın

Back to top button