AzərbaycanDünyaİran

​​Türkiyənin İzmir şəhərində 23-30 sentyabr tarixlərində Güney Azərbaycan Mədəniyyət və Sənaye Festivalı keçiriləcək

Güney Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu ilin sentyabr ayında İzmir şəhərində incəsənət festivalı keçiriləcək. Məqsəd Güney Azərbaycanın sənət insanlarını bir araya toplamaq, onların yaradıcılığını geniş kütləyə təqdim etməkdir.

Güney Azərbaycan Mədəniyyət və Sənət Festivalı bütövlükdə tanınmış Azərbaycan şairi Bulud Qaraçorluya həsr olunacaq. Festival çərçivəsində bir həftə fasilə ilə iki gün musiqi və rəqs nömrələri, foto, rəsm və heykəltaraşlıq sərgisi, film və rejissorların təqdimat gecələri təşkil olunacaq. Şeir və yaradıcılıq gecələrinin keçirilməsi də nəzərdə tutulub.

Güney Azərbaycanın tanınmış şairi Bulud Qaraçorlunun və Səməd Behrənginin xatirəsi yad ediləcək, onların əsərləri səslənəcək. Həmçinin “Güney Azərbaycanda aşıq sənəti” adlı gecədə bir-birindən maraqlı sazlı-sözlü söhbətlər olacaq. İştirakçılar burada, həmçinin Güney Azərbaycan yeməkləri ilə tanış olmaq imkanı qazanacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button