Türkiyənin Muğla vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 20:43-də qeydə alınıb. Zəlzələnin mərkəzi Marmaris bölgəsində olub.
Zəlzələlərin ocağı 5,6 kilometr dərinlikdə yerləşib. Zəlzələ İzmir və ətraf vilayətlərdə də hiss olunub.
Yerli məsullar dağıntı və tələfatın qeydə alınmadığını bildirib.