Azərbaycan

Türkiyənin Təbrizdəki baş konsulu bələdiyyə başçısı ilə görüşüb

Türkiyə Cümhuriyyətinin Təbrizdəki baş konsulu Çetin Tanerlə Təbriz bələdiyyəsinin başqanı Yəqub Huşyar arasında görüş keçirilib.

Baş konsul Təbrizin İran və Türkiyə arasında rabitə mərkəzinə çevrilmək üçün xüsusi imkanlarından danışıb.

“Təbriz Türkiyənin şəhərləri ilə müxtəlif sahələrdə əməkdaşlıq etmək imkanına malikdir və iki ölkə xalqını bir-birinə daha da yaxınlaşdıran tarixi, mədəni və dini ortaqlıqların möhkəmlənməsinə səbəb olur”-deyə, Çetin Taner bildirib.

Baş konsul Təbrizin İstanbul və Ərzurum şəhərləri ilə qardaşlaşmış şəhər olduğunu deyib və pandemiya dövründən sonra əlaqələrin yenidən genişlənəcəyinə ümid edib.

Related Articles

Bir cavab yazın

Back to top button