Bölgə

Türkiyənin “Turkovac” vaksini “Omikron”a qarşı müdafiəni təmin edir

Türkiyə Peyvənd İnstitutunun prezidenti və Səhiyyə Nazirliyinin Koronavirus Elmi Şurasının üzvü professor doktor Ateş Kara bəyan edib ki, “Turkovac” vaksini koronavirusun “Omikron” variantına qarşı müdafiəni təmin edir

Türkiyə Peyvənd İnstitutunun prezidenti və Səhiyyə Nazirliyinin Koronavirus Elmi Şurasının üzvü professor doktor Ateş Kara bəyan edib ki, “Turkovac” vaksini koronavirusun “Omikron” variantına qarşı müdafiəni təmin edir.

O qeyd edib ki, hazırda dünyada sürətlə yayılan ştamm Türkiyədə də qeydə alınıb. “Omikron”un digər variantlardan daha təsirli olduğunu vurğulayan Kara, onun çox sürətlə yayılaraq xəstələrin sayının kəskin artmasına səbəb olduğunu vurğulayıb.

Alim həmçinin “Turkovac” peyvəndinin effektivliyi ilə bağlı araşdırmaların intensiv şəkildə davam etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button