İran

Üç Ələhvazlı gənc Xameneinin şəklini yandırmaqda təqsirləndirilirlər

Ələhvazda yaşayan üç gənc ümumilikdə 40 il həbs cəzasına məhkum ediliblər. Belə ki, 23 yaşlı Rəəd Həmdani, 19 yaşlı Qəsi Xəsrəci və 20 yaşlı Səccad Debat 1398-ci ilin aban etirazları zamanı Şuş şəhərində Əli Xameneinin şəklini yandırmaqda ittiham edilirlər. Onlar Dezfulun İnqilab Məhkəməsində “ölkənin güvənliyinə qarşı çalışmaq” və “savaş” ittihamları ilə təqsirləndiriliblər. Məhkəmənin hökmünə əsasən, Qəsi Xəsrəci və Səccad Debat hər biri 10il, Rəəd Həmdani isə 20 il olmaqla həbs cəzası alıb. Hazırda həmin şəxslər Məscid Süleymanın həbsxanasında saxlanılırlar.
İnsan Haqları Fəallarının açıqlamasına görə, İttilaat Vizarətxanasının tutsaqları işkəncəyə məruz qalıb və məcburi şəkildə yalan ifadə veriblər. İlkin məlumatlara əsasən həmin şəxslər ağır cinayət əməli törətmiş məhbuslarla bir yerdə saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button