Dünya

“Ukrayna 2024-cü ildə məğlub ola bilər”

Böyük Britaniya Birləşmiş Qüvvələr Komandanlığının keçmiş komandanı general Riçard Barrons Ukraynanın 2024-cü ildə Rusiya tərəfindən məğlub edilə biləcəyini deyib.

“BBC”-yə müsahibə verən general Ukraynanın bu il məğlub olacağıyla bağlı ciddi risklərin olduğunu bildirib.

Barronsun fikrincə, bunun səbəbi Ukraynanın qalib gələ bilməyəcəyini hiss etməyə başlamasıdır:“Ukrayna ordusunun döyüş sursatı, əsgərləri və hava hücumundan müdafiə vasitələri kritik şəkildə azalıb. Belə olan halda, niyə insanlar daha çox döyüşmək və ölmək istəsinlər? Biz Rusiyanın artilleriya, döyüş sursatı və yeni silahlarla gücləndirilmiş canlı qüvvə sarıdan Ukraynadan beş dəfə üstün olduğunu görürük. Bu yay Ukrayna cəbhəsini yarmaq üçün Rusiyanın genişmiqyaslı bir hücumu gözlənilir. Bu baş verərsə, Ukrayna ordusu kritik bölgələrdə rus ordusunu dayandıra bilməyəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button