Dünya

Ukrayna Baş nazirinin müavini əhalini işğaldan azad edilən ərazilərə getməməyə çağırıb

“Sakini olduğunuz yaşayış məntəqələri azad olunsa da, ora qayıtmağa tələsməyin”.

”Aznews tv”UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müvəqqəti işğal altında olan ərazilərlə iş üzrə müavini İrina Vereşşuk bildirib.

“Hərbçilər də təsdiqləyir ki, qayıtmaq təhlükəlidir. Biz hesab edirik ki, həmin ərazilər minalanıb. İrpen şəhərinin azad olunması ilə bağlı rəsmi məlumat olsa da, bu, sakinlərin ora qayıtmasının vacib olduğu demək deyil.

Bir müddət gözləmək, rəsmi məlumatları izləmək lazımdır. Ərazilər müvəqqəti işğal altında olanda və ondan sonra görüləcək işlərlə bağlı bizim xüsusi planımız var. Hakimiyyətin bütün orqanları, o cümlədən yerlərdə atılacaq addımlara dair təlimatlar mövcuddur”, – Baş nazirin müavinin vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button