Dünya

Ukrayna Baş Qərargahı cəbhədəki vəziyyəti açıqladı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki son vəziyyətlə bağlı açıqlama yayıb.

“Unian” xəbər verir ki, açıqlamada Rusiya tərəfinin Donetsk vilayətində nəzarəti artırmağa və möhkəmlənməyə çalışdığı qeyd olunub.

Bildirilib ki, son sutkada Rusiya qüvvələri 17 aviazərbə və 59 raket hücumu ilə mülki infrastrukturu hədəf alıb.

Bir neçə yaşayış məntəqəsində Rusiya hücumlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən dəf edildiyi və düşmənin geri oturdulduğu vurğulanıb.

“Düşmən Baxmut və Liman istiqamətində hücumlarını davam etdirir”, – əlavə edilib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. (modern)

Related Articles

Bir cavab yazın

Back to top button