
Son sutkada Rusiyanın 7 hərbi təyyarəsi, 1 helikopteri, 1 pilotsuz uçuş aparatı, 2 raketi məhv edilib.
Məlumatda müharibənin 29-cu günü olduğu xatırladılıb:
“Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə yetirir. Rus təyyarələri havadan zərbələr endirməyə davam edir. Son 24 saatda 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Onların əsas hədəfləri Kiyev, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlərdir”.