Dünya

“Ukrayna danışıqlara hazırlaşır” – Zelenski

Ukrayna tərəfi Rusiya ilə danışıqların növbəti raundlarına hazırlaşacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar prosesinə münasibət bildirərkən deyib.

Zelenski xatırladıb ki, dünya Rusiyanın Ukraynaya qarşı təcavüzünə “qüdrətli sanksiya paketləri ilə” cavab verir:

“Mən səhər Kanadanın baş naziri Castin Trüdo ilə danışdım. Bizdə tam anlayış var, tam dəstəyimiz var.

Belarusda olan nümayəndə heyətimiz gecə saatlarında danışıqlardan qayıdıb. Onların hesabatını dinləyəcəyəm. Danışıqların növbəti raundlarına hazırlaşacağıq. Ukrayna naminə, sülh naminə…”

Related Articles

Bir cavab yazın

Back to top button