Dünya

Ukrayna ilk dəfə bu bombardmançını məhv etdi

Ukrayna ilk dəfə Rusiyanın Tu-22M3 bombardmançı təyyarəsini məhv edib.

bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı, heneral-leytenant Nikolay Oleşuk məlumat verib.

“İlk dəfə olaraq Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Ukrayna Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edərək uzaqmənzilli strateji bombardmançı Tu-22M3-ü məhv edib”, – Oleşuk bildirib.

Onun sözlərinə görə, Ukrayna bu gün həm də ilk dəfə olaraq X-22 raketlərini də məhv edib.

Ukrayna Baş Kəşfiyyat İdarəsi də yaydığı məlumatda qeyd edib ki, Tu-22M3 təyyarəsi S-200 zenit-raket kompleksi vasitəsilə vurulub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün Stavropol diyarında Tu-22M3 bombardmançısının qəzaya uğradığı barədə məlumat yaymışdı. Qəza zamanı təyyarədə olan 4 pilotdan biri ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button