Dünya

Ukrayna iyunda Avropa İttifaqına namizədlik statusu ala bilər

Bu ilin iyun ayında Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu alacağı gözlənilir.

Bunu Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişin tviter səhifəsində yazıb.

“Biz artıq bir çox hazırlıq işləri görmüşük. Ona görə də hərəkət etməyə hazırıq. İyunda namizəd statusu alacağımızı gözləyirik. Bu, bizim bərpamız və Rusiya hücumundan qalib çıxmağımızın təzahürü kimi qiymətləndirilməlidir”, – o bildirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Kiyevin sorğuya bir həftə ərzində cavab verəcəyini bildirmişdi. Anketin doldurulması üzvlüyə namizəd statusunun alınmasının prosedur mərhələlərindən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button