Dünyaİran

Ukrayna ordusu 36 İran PUA-sını məhv edib

Rus ordusunun Ukraynada başladığı işğalçı müharibə davam edir. Ruslar Ukrayna xalqına qarşı əməliyyatlarda İran istehsalı olan silah və texnikadan yararlanır.

Ukrayna şəhərlərinə hücumlarda daha çox istifadə edilən “Shahed” pilotsuz uçuş aparatlarıdır.

Lakin Ukraynanın hava hücumunda müdafiə qüvvələri İran dronlarını “ovlamaqda” davam edir.

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 36 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada həmçinin qarşı tərəfin 1 “Su-25” təyyarəsi vurulub.

“Bundan başqa düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 ərazi, 1 sursat anbarı, 1 radiolokasiya stansiyası və 2 artilleriya diviziyası məhv edilib”, – Baş Qərargahdan bildirilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button