BölgəDünya

Ukrayna Rusiyanın ittihamlarına cavab verdi

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Darya Duqinanın qətli ilə bağlı ittihamlarını uydurma adlandırıb.

Bu barədə o, özünün “Twitter” hesabında yazıb.

Podolyak qeyd edib ki, Rusiya təbliğatı uydurma dünyada yaşayır: “Ukraynalı qadın və onun 12 yaşlı uşağı təbliğatçı Dariya Duqinanın avtomobilini partlatmaqda məsul “təyin edilib”. Qəribədir ki, “Estoniya vizası”nı hadisə yerində tapmayıblar.

Rusiya xüsusi xidmət orqanlarında gürzələr növlərarası döyüşə başlayıblar”.

Qeyd edək ki, Rusiya FTX tanınmış ictimai-siyasi xadim, politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarını ittiham edir. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button