az

Ukraynada pivə zavodu pivə əvəzinə Molotov kokteyli hazırlayır

Zavodun işçiləri bu işi həvəslə etdiklərini və artıq onlarla Molotov kokteyli hazırladıqlarını bildiriblər.

Ukraynada yerləşən pivə karxanası Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra istehsal təyinatını dəyişib və ölkə vətəndaşlarının Rusiya qüvvələrinə qarşı özlərini müdafiə edə bilmələri üçün pivə yerinə Molotov kokteylləri istehsal etməyə başlayıb.

“Aznews tv”ın xəbərinə görə, bildirilir ki, Lvov şəhərində yerləşən “Pravda” pivə zavodunun işçiləri müharibə dövründə artıq pivə deyil, Rusiya işğalçılarına qarşı Molotov kokteylləri hazırlayacaqlar.

Lvov şəhəri Ukraynanın Polşa ilə sərhədi yaxınlığında yerləşir və Rusiya tanklarının tezliklə bu tarixi şəhərə girəcəyi ilə bağlı narahatlıqlar var.

Zavodun işçiləri bu işi həvəslə etdiklərini və artıq onlarla Molotov kokteyli hazırladıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button