Dünya

Ərdoğan Türki̇yəni̇n i̇nki̇şaf perspekti̇vləri̇ndən söz açıb

Türkiyə bu gün dünyada gerçəkləşdirən tərhlərin yarıdan çoxunu təkbaşına həyata keçirir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyədə Ədalət və gəlişmə Partiyasının hakimiyyətə gəlişi ilə durum dəyişib. Partiyanın 18 illik hakimiyyəti dövründə Türkiyə bütün sahələrdə önəmli nəticələr əldə edib. Prezident bildirib ki, bu uğur xalqın hakimiyyətin siyasətinə fəal dəstəyinin və töhfəsinin nəticəsidir. Ölkə başçısı vurğulayıb ki, Türkiyə hökuməti əldə olunan uğurlarla kifayətlənmək niyyətində deyil. Yeni iri yatırımlar, tərhlər planlaşdırılır ki, bu da ölkəni dünyanın 10 aparıcı iqtisadiyyatı sırasına çıxaracaq. Ərdoğan bildirib ki, Türkiyənin əleyhinə olanlar ölkənin gəlişmə yolunu əngəlləmək üçün bir sıra addımlar atırlar: “Ankaraya qarşı mümkün olan bütün üsullardan istifadə edilir: o cümlədən, ölkə daxilindəki təxribatçılardan və terror təşkilatlarından. Ölkəmizin gəlişməsinə və mövqeyinin möhkəmlənməsinə, dünya miqyaslı dövlətə çevrilməsinə mane olanlar, ilk növbədə, Türkiyədə həyata keçirilən layihələri hədəf götürüblər”,-deyə Türkiyə prezidenti diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button