Dünya

Ukraynanın mülki itkilərinin yeni sayı açıqlanıb

Ukraynanın mülki itkiləri barədə statistik məlumatlar açıqlanıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmi məlumat yayıb.

Bildirilib ki, Ukraynada müharibə başlayan gündən – fevralın 24-dən indiyədək 4169 mülki şəxs həlak olub, 4982 nəfər yaralanıb.

Rusiyanın hücumları nəticəsində 1580 kişi, 1038 qadın, 102 oğlan və 99 qız dünyasını dəyişib. Bundan əlavə, ölən 67 uşaq və nisbətən orta yaşlı 1283 şəxsin cinsiyyəti hələ müəyyən edilməyib.

Məlumatda qeyd olunub ki, xəsarət alan 4982 nəfərin 140-ı oğlan, 115-i qızdır. O cümlədən cinsiyyəti hələlik müəyyən edilməmiş 168 yaralı uşaq var.

“Faktiki rəqəmlər daha yüksəkdir, bəzi döyüş bölgələrindən məlumat gecikir, bir çox hesabat hələ təsdiqini gözləyir”, – BMT bəyan edib. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button