Dünya

Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində 17 nəfər ölüb, onlarla yaralı var

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 sakin həlak olub, daha 40 nəfər yaralanıb.

Bu barədə “RBK-Ukraina” Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevə istinadən xəbər yayıb.

Zərbələr nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib.

“İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur”, – Kurtev qeyd edib.

O, sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.

Xatırladaq ki, Rusiya hərbçiləri gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar.

Related Articles

Bir cavab yazın

Back to top button