Dünyaİran

Uluslararası Əfv Təşkilatı Əhvazda etirazçılara qarşı silahdan istifadəyə və basqılara son qoyulmasına çağırdı

“Amnesty İnternational” İran rejiminin Əhvazda susuzluqdan əziyyət çəkən dinc etirazçılara qarşı ağır döyüş silahlarından istifadə etməsinə fikir bildirib.

Uluslararası hüquq müdafiə təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə müdir müavini Diana əl-Təhavinin yaydığı açıqlamada deyilir ki, Əhvaz əyalətində su üsyanına qatılan ən azı 8 dinc etirazçı rejimin güc qüvvələrinin ağır döyüş silahlarından açdığı atəş nəticəsində qətlə yetirilib.

“Etirazlarda həm də çox sayda insan tutularaq zindanlarda işgəncə və zorakılığa uğrayıb. Biz isə həbs edilənlərin dərhal azadlığa buraxılmasını tələb edirik.

İran İslam Cumhuriyyəti insan hüquqlarına əməl olunması ilə bağlı üzərinə götürdüyü uluslararası öhdəlikləri pozaraq, əliyalın şəkildə dinc etirazlara qatılan sivil insanlara qarşı ağır döyüş silahlarından istifadə edib. Bu isə birisi yeniyetmə olmaqla ən azı 8 nəfərin qətlə yetirilməsinə gətirib çıxarıb.

Bundan başqa, dinc etirazçılara qarşı birbaşa güllə atılmaqla yanaşı həm də gözyaşardıcı qazlardan istifadə olunub, qanunsuz olaraq geniş həbslər həyata keçirilib. Bu isə 2019-cu ilin noyabr ayında ölkədə keçirilən toplu etirazlarda dinc etirazçılara qarşı həyata keçirilən basqılar kimi dəhşətlidir, qanunsuzdur.

Hesab edirik ki, İran rəhbərləri Əhvazda etirazçılara qarşı ağır döyüş silahlarından istifadə olunmasını dayandırılmalı, etirazlarda yaralananların isə özbaşına həbslərdən qorxmadan mərizxanalarda müalicə ala bilməsinə zəmanət verməlidir”, – açıqlamada vurğulanır.

Related Articles

Bir cavab yazın

Back to top button