Dünyaİran

Uluslararası Əfv təşkilatı: Evin zindanından yayılan görüntülər İranda məhbuslara edilən zülmün kiçik bir parçasıdır

Uluslararası Əfv Təşkilatı şəhrivərin 3-də bildirib ki, Evin zindanından sızan nəzarət Kameralarının videoları İranda məhbuslara edilən dəhşətli sui-istifadələri göstərir.

Tehranın Evin zindanının nəzarət durbinlərinə həker hücumunun gerçəkləşdirilməsi və zindanda siyasi məhbuslara qarşı kobud davranışı göstərən görüntülərin yayılmasının ardınca “Uluslararası Əfv” təşkilatı bəyanat yayıb.

Nüfuzlu təşkilat İran zindanlarına baxış keçirilməsinə icazə verilməsini istəyib.

“Uluslararası Əfv” Təşkilatının avqustun 24-də yaydığı bəyanatında deyilir ki, İslam Cumhuriyyətinin rəsmi məqamları Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə raporçusuna İran zindanlarına, o cümlədən də Tehranın Evin zindanına müstəqil və azad baxış keçirməsinə icazə verməlidir.

“Amnesty International”ın Yaxın Şərq ilə Şimali Afriqa üzrə müdiri Heba Morayef məsələ ilə bağlı bəyanat yayaraq deyib ki, İran zindanlarında siyasi məhbuslara qarşı geniş eləcə də sistemli şəkildə işgəncələr tətbiq edilir, basqı altında saxlanılır və onlarla kobud davranılır.

“Hesab edirik ki, İran İslam Cumhuriyyəti sorumlularının ölkə zindanlarında baş verən bu kimi hallara görə müxtəsər şəkildə üzr istəməsi və bu kimi olayların bir daha meydana gəlməyəcəyi ilə bağlı boş vədlər verməsi yetərli deyil.

İran məsulları verdikləri sözlərin boş vədlər kimi qəbul olunmasını istəmirlərsə, o zaman yubanmadan uluslararası nəzarətçilərə, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının İranda insan hüquqları üzrə özəl raporçusuna Uluslararası standartlara uyğun olaraq müstəqil və azad şəkildə İran zindanlarına, o cümlədən Tehranın Evin zindanına baxış keçirməsinə icazə verməli, buna şərait yaratmalıdırlar”,- deyə Heba Morayefin yaydığı açıqlamada vurğulanır.

Related Articles

Bir cavab yazın

Back to top button