İran

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

Budapeştdə ikinci iclası keçirilən Ümumdünya Terrorla Mübarizə Forumunun iştirakçıları İranın dünyada həyasız terror planları, o cümlədən SEPAH-ın Qüds Qüvvələrinin bu istiqamətdəki fəaliyyətlərini müzakirə ediblər.

Bu barədə ABŞ Dövlət Deoartamenti məlumat yayıb.

Bu forumun iştirakçıları bildiriblər ki, İranın Yaxın Şərqdə və onun hüdudlarından kənarda davranışı sabitliyi pozur və onun qeyri-qanuni fəaliyyəti beynəlxalq maliyyə sisteminin və hüquq normalarının bütövlüyünə xələl gətirir.

Onlar İranın terrorizmlə bağlı beynəlxalq sanksiyalardan yan keçmək üçün müxtəlif mexanizmlərdən necə istifadə etdiyini müzakirə ediblər.

Bununla yanaşı iclas iştirakçıları Tehran rejiminin sui-qəsdlərini müəyyən etmək və qarşısını almaq üçün hüquqi və maliyyə vasitələrindəm istifadə barədə fikirləri bölüşüblər.

Related Articles

Bir cavab yazın

Back to top button