Dünya

Microsoft Hesabatı: İran İsrailə qarşı kiber əməliyyatları gücləndirir

2023-cü il oktyabrın 7-də HƏMAS-nin İsrailin cənubunu işğal etməsindən sonra İran “HƏMAS-yə İsrailin siyasi müttəfiqlərini və biznes tərəfdaşlarını zəiflətməyə kömək etmək üçün hazırlanmış” bir sıra kiberhücumlara başladı.

Bu barədə “Microsoft Threat Analysis Center”in (MTAC) İranla bağlı hesabatında bildirilib. Sənəddə qeyd edildiyi kimi, bu kiberhücumların əsas məqsədi ictimai rəyi, xüsusən də ingilisdilli ölkələrdə İsrailə qarşı yönəltməkdir. Qeyd olunur ki, iranlı hakerlər “İsraildə təhlükəsizliyi pozmaq, vətəndaşları qorxutmaq və həmçinin İsrail ordusu əsgərlərinin ailələrini təhdid etmək” üçün süni intellektdən əsas komponent kimi istifadə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button