Dünya

UNICEF: “Yəməndə 11 milyon uşaq aclıq təhlükəsi ilə üzləşib”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) Yəməndə humanitar böhran səbəbindən 11 milyon uşağın yardıma "təcili" ehtiyac duyduğunu və qida çatışmazlığı təhlükəsi ilə üzləşdiyini bildirib.

UNİCEF-in yaydığı hesabatda həmçinin qeyd olunur ki, humanitar yardımın davam etdirilməsi üçün təcili olaraq 484 milyon ABŞ dollarına ehtiyac var.

“Yəməndə səkkiz ildir davam edən hərbi qarşıdurma milyonlarla uşağın həyatını məhv edib. Ölkədə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var. Təcili tədbirlər görülməsə, milyonlarla insan qida çatışmazlığı riski ilə üzləşəcək”, – UNİCEF-in hesabatında vurğulanır.

Hesabatda bildirilir ki, vətəndaş müharibəsi zamanı məcburi köçkün düşən uşaqların vəziyyəti son dərəcə narahatlıq doğurur. Sənəddə köçkün düşərgələrinin əsas ehtiyacları qarşılana bilməyən 2 milyon 300 mindən çox uşaqla dolduğu qeyd edilir.

Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi ərazilərə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı silahlı mübarizə aparan Yəmən hökumətinə dəstək verir.

Related Articles

Bir cavab yazın

Back to top button