İran

İranda hava çirkliliyi böhranı davam edir: 750 nəfər Xuzistan tibb mərkəzlərinə müraciət edib

İranın müxtəlif bölgələrində, özəlliklə də Xuzistan əyalətində hava çirkliliyi böhranının davam etməsi ilə Əhvazın Cündi Şapur Tibb Elmləri Universitetinin müalicə üzrə müavini Peyman Moezi bildirib ki, son 24 saat ərzində 750 nəfər tənəffüs darlığı ilə Xuzistan tibb mərkəzlərinə müraciət edib.

İran mediası cümə axşamı, noyabrın 2-də yazıb ki, Xuzistan əyalətinin müxtəlif şəhərlərində insanlar hələ də sağlam və təmiz havadan məhrumdurlar.

Ölkə hava keyfiyyəti monitorinqi sisteminin elanına əsasən, İsna xəbər agentliyi Xuzistanın yeddi şəhərində cümə axşamı günü havanın “sağlam olmayan” və “qırmızı” olduğunu yazıb.

Tehranın havasının çirklənməsi də davam edir və bu arada mediada bu çirklənmənin yaranmasında köhnəlmiş avtomobillərin rolundan bəhs edilir.

Ötən günlərdə İrna xəbər agentliyi bildirib ki, statistika ölkədə 26 milyon avtomobil olduğunu göstərir ki, onlardan təxminən 7 milyonu köhnəlmə yaşına çatıb. Ayrıca 12,5 milyon motosikl qeydə alınıb, onlardan 10 milyona yaxını köhnədir artıq.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button