Azərbaycan

Zənganın ən böyük bəndində su ehtiyatı tükənir

Regional Su Şirkətinin başçısı su çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.

Zəngan əyalətinin Regional Su Şirkətinin başçısı İsmayıl Əfşari mediaya verdiyi açıqlamada əyalətin ən böyük bəndi olan Təhəm su anbarının 50%-nın boş olduğunu deyib.

O, hazırda əyalətdə su çatışmazlığı olduğunu söyləyərək, ötən ilin oxşar dövrünə nisbətdə bəndlərdə suyun azaldığını qeyd edib.

Təhəm bəndinin Zəngan şəhəri və traf kəndlərin içməli su, əkinçilik və sənaye ehtiyaclarının təminində əsas rol oynadığını deyən Əfşari yaxın gələcəkdə su böhranının dərinləşəcəyi barədə yenidən xəbərdarlıq edib.

Tanınmış tədqiqatçı və Urmu Universitetinin elmi heyətinin üzvü Nasir Aq, Urmu gölü və ümumiyyətlə ölkədə yaşanan su böhranı ilə bağlı verdiyi açıqlamada əsas problemin yanlış idarəetmə üsulunda olduğunu deyib.

 

Related Articles

Bir cavab yazın

Back to top button