Azərbaycanİran

Urmiya fəlakəti: Gölün həcmi azalıb, ətrafda nəhəng suz kütlələri yaranıb

Urmiya gölününü quruması ilə əlaqədar su hövzəsi və çevrədə ekoloji fəlakət dərinləşir.

Ekologiya və ətraf mühit üzrə mütəxəssis Mənsur Söhrabi bu il iyulun 5-də gölün NASA tərəfindən çəkilmiş fotosunu paylaşıb.

O, göl ətrafında nəhəng duz kütlələrinin əmələ gəldiyini yazıb.

Ekoloq bu barədə özünün sosial media hesabında paylaşım edib.

Söhrabi duz tozlarının külək nəticəsində yenidən ətrafa yayıldığını və ekoloji problemlərin dərinləşməsinə səbəb olduğunu qeyd edib.

Ekoloqun fikrincə, yayın başlaması və buxarlanmanın artması ilə Urmiya gölünün sahəsi və həcmi kəskin şəkildə azalır.

“Urmiyanın hazırkı vəziyyəti İran hökumətinin gölün “bərpa edilməsindəki əməyinin nəticəsidir”-ekoloq kinayə ilə belə yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button