Azərbaycanİran

Urmiya sakinləri siyasi təqiblər nəticəsində həbsxanaya köçürülüblər

Urmiya sakinləri Əlireza Qənbəri və Cavad Məhəmmədi-Fərd cəzalarına başlamaq üçün şəhərin həbsxanasına yerləşdiriliblər.

Bu haqda İranda İnsan Haqları Fəalları qeyri-kommersiya təşkilatı “HRANA” məhbusların ailələrinə yaxın mənbələrə istinadən məlumatı ictimailəşdirib.

Həmin şəxslər aprelin 2-də təhlükəsizlik qüvvələri tərəfindən evlərində həbs edilib və daha sonra Urmiya həbsxanasına köçürülüblər. İnqilab Məhkəməsi onları siyasi ittihamlarla təqsirli bilib.

44 yaşlı Məhəmmədi-Fərd subay, 50 yaşlı Qənbər isə iki uşaq atasıdır.

#SiyasiMehbus #Urmiya

Related Articles

Bir cavab yazın

Back to top button