Bu barədə Urmiya şəhərinin bələdiyyə başçısı Hüseyn Mehdizadə deyib.
O, şəhər və şəhərətrafı əhalinin sayının artmasına baxmayaraq, ictimai nəqliyyat və avtobusların sayının artmadığını, bir çoxunun köhnələrək sıradan çıxdığını söyləyib.
Bələdiyyə başçısı hal-hazırda əyalət mərkəzində 800 avtobusa ehtiyac olduğu halda, onların əldə edilməsi üçün vəsaitin mövcud olmadığını bildirib.