Azərbaycanİran

Milli fəal Mehdi Həmidi Şəfiq müvəqqəti olaraq azad edilib

Milli fəal Mehdi Həmidi Şəfiq müvəqqəti olaraq azad edilib. O, 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Təbriz zindanında saxlanılan Mehdi Həmidi Şəfiq oktyabrın 27-də zindandan çıxıb.

Qeyd edək ki, Mehdi Həmidi Şəfiq sentyabrın 20-də Təbrizin Əbureyhan küçəsində həyat yoldaşı ilə şəxsi avtomobilində təhlükəsizlik məmurlarının hücumuna məruz qalıb.

Avtomobilinin şüşələri sındırılan və ağır şəkildə döyülən Mehdi Həmidi Şəfiq yaralı vəziyyətdə təhlükəsizlik idarəsinə aparılmışdı.

Mehdi Həmidi Şəfiq 2011-ci il Avqust 24-də Təbrizdə Urmu gölünün canlandırılması ilə bağlı keçirilən aksiyalarda 28 nəfərlə birlikdə təhlükəsizlik məmurları tərəfindən həbs edilib və 100 milyonluq girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Təbriz həbsxanasının nəzarətçiləri tərəfindən dəfələrlə döyülməsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirən fəalın 2012-ci ildə Universitetə girməsinə qadağa qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button