Bu barədə güneyli ekofəall Behzad Nəbi Qədim məlumat yayıb.
O, Urmu gölü ətraf bölgələrində yayğın olan minlərlə yulqun ağacının kəsildiyini və bölgənin yaşıllıq zolağının məhv edildiyini bildirib.
“Bu ağaclar susuzluğa davamlıdır, onların kökü torpağın dərinliklərində su qaynaqlarına qədər uzanır, bununlada torpaq erroziyasının, habelə Urmu gölünün qurumuş yatağından qalxan duz fırtınalarının daha geniş ərazilərə yayılmasınınqarşısını almaqda əhəmiyyətli rol oynayır”,- ekofall deyib.
Bu ağacları duz fırtınalarının qarşısında bölgənin yeganə müdafiə silahı adlandıran Behzad Nəbi Qədim, son vaxtlar həmin bitgi növünün sürətlə məhv edildiyini söyləyib.
O, yerli və əlaqədar dövlət qurumlarının ağacların məhv edilməsi, kəsilərək başqa sahələrdə istifadəsi ilə bağlı laqeyd münasibətlərinin anlaşılmaz olduğunu deyib.
Qeyd edək ki, duz fırtınaları kənd təsərrüfatlarını məhv etməklə yanaşı, insanların sağlamlığını təhdid edir.
Son illər Urmu gölü ətrafındakı bölgələrdə tənəffüs xəstəlikləri geniş yayılıb, ağciyər xərçəngi səbəbindən ölənlərin sayı kəskin artıb.