Azərbaycanİran

Urmu gölü daha pisləşir

Urmu gölü günü günündən artiq quruyur

Şəkildə gördüyünüz Urmiya gölündən qalan duzluq sahədir. Mollalar azadlıq istəyən insanları “müharibə” (Allaha qarşı çıxan) maddəsi ilə edam edirlər. Bəs təbiətə qarşı çıxmaq Allaha qarşı çıxmaq deyilmi?

Vaxtilə ərazisi 6000 kvadrat kilometrə çatan Urmiya gölünün sahəsi son bir ildə 1500-dən 530 kvadrat kilometrə qədər kiçilib.

Xameneinin siyasəti nəticəsində 15 milyondan çox soydaşımız dədə-baba torpaqlarından didərgin düşəcək. Çünki göl tamamilə quruduqdan sonra yerdə təxminən 10 milyard ton duz qalacaq. “Yeni ekosistem”də nəinki insanların, hətta heç bir canlının yaşaması mümkün olmayacaq.

Urmiya gölü 1967-ci ildə UNESCO tərəfindən qoruq elan olunub. Bundan başqa, göl qorunan təbii ərazilər sırasına daxil edilib. Lakin təəssüf ki, Urmiya gölü hər keçən gün dünyanın gözü önündəcə quruyaraq tarixə qovuşur…

Related Articles

Bir cavab yazın

Back to top button