İran

Urmu gölü ilə bağlı layihənin icrasına başlanılacaq

Urmuda sədd tikmək üçün bəzi nümayəndələrin basqıları gölün yenidən qurudulmasına səbəb ola bilər.
Bəzi məqamların Urmu gölü ətrafında sədd porojələrinin başladılması barədə söz açmaları muhit-zist fəallarını nigaran edir.
Məlumata görə, məclisdə Urmu gölündə bəzi sədlərin quraşdırılması ilə bağlı müzakirələr aparılır. Ancaq bəzi mütəxəssislərin fikrincə, sədlərin qurulması gölün canlanmasının qarşısını ala, habelə onun məhvinə səbəb ola bilər.
Xatırladaq ki, bir müddət öncə Urmunun millət vəkili Səlman Zakir “Urmu gölünü canlandırmaq üçün” Enerji vəzirinin əmri ilə Nazlı və Baranduz sədlərinin tamamlanacığını bildirib. O, bu porojələri “bölgə əkinçiliyi üçün önəmli addımlar” adlandırıb.
Bəykəndinin millət vəkili Ənvər Həbibzadə də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Şahrçay səddinin tikilməsi xalqın əsas istəklərindən biridir. Buna görə də qərarın yenidən nəzərdən keçirilərək icrası planlaşdırılır. Çünki Siminərud səddi əkinçiliyi artırmaqda, işsizliyin azaldılmasında, axan suyun idarə edilməsində və israfında önəmli rola malikdir.
İnsani mühit-zist təşkilatının müavini Məsud Təcrişi bildirib ki, sədlərin tikilməsi projəsinin baş tuta biləcəyinə dair heç bir nişanə yoxdur. Məsud Təcrişi Urmu gölünə dair 1393-cü ildə qəbul edilmiş qanuna istinadən, “Urmu gölü hövzəsində icra və ya araşdırma mərhələsində olan sədlərin tikintisinin dayandırıldığını” bildirib. Həmin fərmana əsasən, Siminərud, Leylan, Baranduz və Nazlı sədlərinin quraşdırmasına icazə verilməyəcəyi qeyd edilib.
Qərbi Azərbaycan ustandarının rəvabit ümumi raporuna əsasən, Məhəmməd-Mehdi Şəhriyari bir neçə müddət öncə vurğulayıb ki, bu il Urmu Gölünün canlandırma sitadının işi sona çatacaq.

Related Articles

Bir cavab yazın

Back to top button