Azərbaycan

Urmu gölü ilə bağlı “tvitter fırtınası” kampaniyası başladılır

Urmu gölünün qurumasına hökumətin laqeyd münasibəti və baş verməkdə olan ekoloji fəlakətlə bağlı aksiyalar davam edir.

Güneyli milli, çevrə və sosial media fəalları yeni aksiyalara çağırıblar.

Sosial mediada yayılan çağırışlara görə, iyulun 9-u, Təbriz vaxtilə gecə saat 21:00, Bakı vaxtilə saat 20:30-dan Urmu gölü ilə bağlı tvitterdə “#Save_Urmia_lake” adı altında  kampaniya başladılacaq.

Qeyd edək ki, Urmu gölünün acınacaqlı durumu və hökumətin gölün bərpası ilə bağlı vədlərinin yerinə yetirilməməsinə etiraz olaraq, bir neçə gündür ki, Güney Azərbaycan şəhərlərində müxtəlif aksiyalar keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button